Azərbaycan Prezidenti ilham əliyevin sərəncamıyla Sumqayıtdan olan bir qrup şəxs təltif edilib.
Təlitif edilənlər arasında Sumqayıt bələdiyyəsinin üzvü Akif Kərimov da var.
Prezident sərəncamıyla Akif Kərimov "Tərəqqi" medalıyla təltif edilib.
Qeyd edək ki, Akif Kərimov Sumqayıt şəhərındə uzun müddət bir sıra məsul vəzifələrdə çalışmış və 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilib.
Bir müddət sədr müavini, hazırda komissiya sədri vəzifəsində çalışır.
Akif Kərimov kimdir?
Akif Abbas oğlu Kərimov 1954-cü ilin iyun ayının 22-də Gürcüstan Respublikası Marneuli rayonunun Təzəkənd kəndində anadan olmuşdur.1971-ci ildə Marneuli şəhər 1 saylı orta məktəbi bitirmişdir. 1976-cı ildə Azərbaycan inşaat Mühəndisləri Institutunu bitirmiş və inşaatçı -mühəndis ixtisasına yiyələnmişdir. 1981-ci ildə Moskva şəhər Beton və Dəmir -beton Elmi - Tədqiqat Institutunun aspiranturasını bitirmişdir. əmək fəaliyyətinə “Sumqayıtkimyasənaye” istehsalat birliyində inşaatçı-mühəndis kimi başlamışdır.1979-cu ildə “Kimyasənaye” Istehsalat Birliyində 2-ci, sonra isə 1-ci dərəcəli mühəndis –konstruktur vəzifələrində çalışmışdır.
1981-1983-cü illərdə Sumqayıt şəhər Xalq Nəzarəti Komitəsində inspektor, 1983-1987-ci illərdə Sumqayıt şəhər partiya komitəsində təlimatçı vəzifələrində işləyib, şəhər Partiya komitəsi bürosunun üzvü seçilmişdir.
1990-cu ildə Sumqayıt şəhər Partiya komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsində işləyib.
1987-ci ildən Sumqayıt şəhər Xalq Deputatları Sovetinin deputatı və Sumqayıt şəhər Xalq Deputatları Sovetinin icraiyyə Komitəsinin sədri müavini, Sumqayıt şəhər Xalq Deputatları Sovetinin sədr müavini, 1996-cı ildən isə şəhər icra hakimiyyətində məsul vəzifələrdə işləmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
1999,2004 və 2009-cu illərdə Sumqayıt Bələdiyyəsinin üzvü seçilmişdir.
2002-ci ildən Sumqayıt Bələdiyyəsi sədrinin müavini vəzifəsində çalışmış və hal-hazırda Sumqayıt Bələdiyyəsində yerli büdcə məsələləri komissiyasının sədridir.
Yerli özünüidarə sahəsində Avropa Birliyinin və Dünya Bankının layihələrində uğurla iştirak etmiş,elmi-tədqiqat işləri hazırlamış beynəlxalq qurumların sertifikatlarına layiq görülmüşdür.
Belediyye.info